
Saatlı rayonunda hərbi xidmətdən yayınmaqda təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Gəray Vəlizadə (şərti ad-soyad) hərbi xidmətə yararlı hesab edilməsinə baxmayaraq, ona bir neçə dəfə çağırış vərəqəsi göndərilib. Lakin o, üzrlü səbəb olmadan hərbi xidmətə yollanmayıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs səhhətindəki problemləri və psixoloji vəziyyətini əsas gətirərək hərbi xidmətə getmək istəmədiyini bildirib. O, həmçinin hərbi xidmətə aparılacağı təqdirdə intihara cəhd edəcəyini ifadə edib.
İş üzrə keçirilən məhkəmə-psixiatrik ekspertizasının rəyində şəxsdə hər hansı psixi xəstəlik əlamətlərinin aşkarlanmadığı, əməli törədərkən anlaqlı vəziyyətdə olduğu qeyd edilib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə Gəray Vəlizadə altı ay müddətinə azadlıqdan məhrum edilib.





