
Azərbaycanda 17 yaşlı Zeynəb Xudaverdiyevanın vəfatı ilə bağlı kədərli xəbər yayılıb.
Məlumata görə, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib.
Bildirilir ki, mərhum gənc qız üç ay əvvəl atasını itirib. Anasının da uzun müddət əvvəl vəfat etdiyi qeyd olunur. Hər iki valideynini itirən Zeynəb qohumlarının himayəsində yaşayırmış.
Gənc yaşda baş verən bu itki yaxınlarını və onu tanıyanları dərindən kədərləndirib.
Allah rəhmət eləsin!





