
Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə həyatını itirib.
Məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahil Park ərazisində vəfat edib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı əlavə məlumat verilməyib.





