• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub [xfvalue_red]

8 Kas, 26 - 13:27

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də işğaldan azad edilmiş Ağdam rayonunda kənd təsərrüfatının inkişafı, aqrar istehsalın genişləndirilməsi və regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyan Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına müəssisənin fəaliyyəti, həyata keçirilən layihələr, əkin sahələrinin genişləndirilməsi, istehsal imkanları və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “Aqroinkişaf 2017” MMC tərəfindən 2020-ci ilin dekabr ayından etibarən işğaldan azad olunmuş Ağdam ərazisində genişmiqyaslı aqrar layihənin icrasına başlanılıb. Əvvəlcə ərazilər minalardan və hərbi sursatlardan təmizlənib, daha sonra torpağın hazırlanması, planlaşdırılması və əkin işləri həyata keçirilib. İlkin mərhələdə taxıl əkini aparılıb və taxıl sahələrində hər hektardan 40 sentner məhsuldarlıq əldə edilib.

Hazırda müəssisənin ərazisində 1150 hektar sahədə zeytun bağları salınıb, 700 mindən çox ağac əkilib. Gələcək mərhələlərdə zeytun və badam ağaclarının ümumi sayının 1 milyon 500 minə çatdırılması nəzərdə tutulur. Layihənin tam gücü ilə fəaliyyət göstərməsi nəticəsində ildə 10 min ton zeytun və ya 2 min ton zeytun yağı istehsalı planlaşdırılır.

Bu göstəricilər Ağdamın yalnız kənd təsərrüfatı məhsullarının istehsalı baxımından deyil, həm də ölkənin aqrar-sənaye potensialının gücləndirilməsi istiqamətində mühüm mərkəzlərdən birinə çevrilmək imkanlarını nümayiş etdirir.

Layihə çərçivəsində ərazidə müasir infrastrukturun yaradılması istiqamətində də mühüm işlər görülüb. Müvəqqəti suvarma kanalları çəkilib, 3690 metr uzunluğunda Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu təmir olunub, inzibati və texniki zonalar yaradılıb. Bundan başqa, 10 hektar ərazidə meşə massivi salınıb, əlavə olaraq 50 hektar meşə sahəsinin yaradılması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi və meteostansiya da fəaliyyət göstərir.

Prezident İlham Əliyevə ölkəmizdə qoz istehsalı sənayesinin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda qoz idxalının əvəzlənməsi, yerli istehsalın artırılması və ixracyönümlü qoz sənayesinin formalaşdırılması məqsədilə 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Şəki-Oğuz rayonlarının ərazisində 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz bağlarının salınması işləri artıq yekunlaşmaq üzrədir.

Xatırladılıb ki, Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozun yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması zavodunun təməlini qoyub. 2025-ci ildə isə müəssisə üçün illik istehsal gücü 10 min ton olan müasir istehsal qurğuları alınıb və istismara verilib.

Toplanmış qoz məhsulları əsasən daxili bazarda satışa çıxarılır, eyni zamanda Türkiyə, Gürcüstan, Rusiya və İtaliya kimi ölkələrə ixrac olunur. Bununla yanaşı, təxminən 1000 hektar ərazidə müasir intensiv badam bağlarının salınması istiqamətində işlər aparılır.

Müəssisənin müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemləri, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqlarla təchiz edilməsi istehsal prosesinin səmərəliliyinin artırılmasına, məhsul keyfiyyətinin qorunmasına və aqrar fəaliyyətin müasir standartlara uyğun təşkilinə xidmət edir.

Dövlət başçısına, həmçinin “Acınohur Zeytun vadisi” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat təqdim olunub.

Səfərin sonunda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkib.

Ağdamda həyata keçirilən bu layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişinin, kənd təsərrüfatının inkişafının və Qarabağda yeni istehsal imkanlarının yaradılmasının bariz nümunələrindən biridir. Belə təşəbbüslər yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və Azərbaycanın ixrac potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş torpaqlarda salınan hər yeni bağ, qurulan hər bir istehsal müəssisəsi Böyük Qayıdışın iqtisadi və sosial məzmununu daha da gücləndirir. Ağdamda yaradılan aqrar infrastruktur isə Qarabağın gələcək inkişafında kənd təsərrüfatının mühüm rol oynayacağını bir daha təsdiqləyir.

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olubPrezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
backend
İlham Əliyev “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
backend
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
backend
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
backend
Prezident Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 313

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:278 Kas
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:238 Kas
44GUNSAVASH.az Saytının Kollektivi Adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:057 Kas
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:027 Kas
Qarabağ Universitetinin Klinikasında Təcili tibbi yardım şöbəsi istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:227 Kas
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:067 Kas
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki işçi qruplar yaradıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:027 Kas
Qırğızıstan Prezidenti Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:547 Kas
Azərbaycanda 20 Yanvar faciəsinin şahidi olmuş həkim Yusif Musayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:527 Kas
“Qarabağ” Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:477 Kas
Zəngilanda müasir Təhsil Kompleksi və 160 yerlik uşaq bağçası istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:447 Kas
Prezident İlham Əliyev: “Bütün Azərbaycan xalqı bu fikirlə yaşayır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:407 Kas
Ağstafada bir ailənin üç üzvü qidadan zəhərlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:357 Kas
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli kəndinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:317 Kas
Şəmkir rayon su təsərrüfatının inkişafına xidmət edən məsuliyyətli idarəçilik – Müşviq Mehdixanovun fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:146 Kas
Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:076 Kas
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:036 Kas
Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı yeni güzəştlər təklif olunur – Kimlər dövlət rüsumundan azad ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:466 Kas
Meksika mətbuatında Prezident İlham Əliyevin siyasi liderliyi və hərbi strategiyası təhlil olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:416 Kas
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı narkotik vasitə ilə saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:376 Kas
Bakıda qarajdan çıxan avtomobil piyadanı vuraraq öldürüb – Sürücünün polkovnik olduğu bildirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:366 Kas
Azərbaycanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb – Faktiki hava [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:346 Kas
Abşeronda evdə partlayış baş verib, iki nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:316 Kas
Nigeriyada gözəllik kraliçası müəmmalı şəkildə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:296 Kas
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə iki qardaş qətlə yetirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:216 Kas
Zəngilan və Qubadlı rayonlarında yeni aqropark yaradılır – 500 min manat ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:505 Kas
Ermənistan və Türkiyə arasında ticarət əməliyyatlarında yeni mərhələ başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:455 Kas
Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevə general-mayor ali hərbi rütbəsi verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:375 Kas
Masallıda itkin düşən 15 yaşlı qız tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:395 Kas
Milli Qəhrəman Polad Həşimovun anası xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:375 Kas
Ərdoğan Azərbaycan hava məkanından keçərkən İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:355 Kas
Lənkəranda qamışlıq ərazidə kişi meyiti tapılıb – Baş nahiyəsində xəsarət aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:255 Kas
Şəhid anası ağır yol qəzasında həyatını itirib – Hadisənin təfərrüatları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:165 Kas
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:115 Kas
Zaur Abişev Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:005 Kas
Əziz İsmayılov: “Vətənə xidmət yalnız sözlə deyil, əməli fəaliyyətlə sübut olunmalıdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:274 Kas
Bakıda BMW klinikaya çırpıldı – Xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:584 Kas
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:574 Kas
Qazaxda 33 yaşlı kişi bıçaqlandı – Şübhəli məktəblidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:524 Kas
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:274 Kas
Ermənistan İstintaq Komitəsinin sədri saxlanılan azərbaycanlı hərbçi ilə bağlı açıqlama verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:144 Kas
İlham Əliyev İliyana Yotovanı təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:534 Kas
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? – DOSYE [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:524 Kas
Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:484 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə