
Azərbaycanda tanınmış həkim, 20 Yanvar faciəsinin şahidi olmuş Yusif Musayev dünyasını dəyişib.
Onun vəfatı ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Həkimin ölüm səbəbi barədə isə hələlik hər hansı rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Yusif Musayev qanlı 20 Yanvar hadisələrinin canlı şahidlərindən biri olub. O, həmin faciəli günlərdə Təcili Tibbi Yardım Xidmətinin həkimi kimi fəaliyyət göstərib.
20 Yanvar faciəsi zamanı həkimlərin göstərdiyi fədakarlıq, yaralılara yardım etmək üçün həyatlarını təhlükəyə atması Azərbaycan tarixinin unudulmayan səhifələrindəndir. Həmin ağır günlərdə tibb işçiləri insan həyatını xilas etmək naminə böyük məsuliyyət və cəsarət nümayiş etdiriblər.
Yusif Musayevin vəfatı onu tanıyanlar, həmkarları və yaxınları üçün ağır itkidir.
Allah rəhmət eləsin!





