
Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində şəhid anası Naqilə Həsənəliyeva həyatını itirib. Hadisənin başvermə şəraiti ilə bağlı yeni təfərrüatlar məlum olub.
Məlumata görə, hadisə rayonun Todan kəndində qeydə alınıb. Qəza zamanı Naqilə Həsənəliyeva daha iki nəfərlə birlikdə avtomobildə olub.
Hadisə zamanı sürücü sərnişinlərdən birini düşürmək məqsədilə avtomobili saxlayıb və iki nəfər nəqliyyat vasitəsindən enib. Bu zaman avtomobil qəfil hərəkətə gələrək dərəyə aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan, 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum Naqilə Həsənəliyeva 1991-ci ildə, cəmi 6 yaşında şəhid olan Sirac Həsənəliyevin anasıdır.
Faktla bağlı araşdırma aparılır.





