
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində kiberdələduzluq şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirib.
Keçirilən birgə əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini qanunsuz yollarla ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.
Əldə olunan məlumata görə, əməliyyat çərçivəsində saxlanılan dəstə üzvləri Azərbaycana gətirilib. Onların Azərbaycan vətəndaşlarına qarşı kiberdələduzluq əməllərində iştirak etdikləri bildirilir.
Əməliyyat zamanı saxlanılan və Azərbaycana gətirilən şəxslərin fotoları ictimaiyyətə təqdim olunub.
Həmin şəxslər bunlardır:
1. Nəriman İskəndərov
2. Elsun Əliyev
3. Elşad Musayev
4. Elşən Şükürov
5. Ruslan Zakirov
6. Yasəf Bayramov
7. Elsevər Məmmədov
8. Dmitri Duşin
9. Ruslan Matveyev
10. Murad Ağayev
11. Cavid Hacızadə
12. Məhəmməd Bayramov
Qeyd edək ki, Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən əməliyyat kiberdələduzluqla mübarizə və vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlərdən biridir.
QanunTV.az





