
Türkiyənin paytaxtı Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən polis əməliyyatları nəticəsində 109 şübhəli saxlanılıb. Onlardan 40-ı barəsində həbs qətimkan tədbiri seçilib.
Qanuntv.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları oktyabrın 25-dən 31-dək şəhərin müxtəlif ünvanlarında silsilə əməliyyatlar həyata keçiriblər.
Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, dörd elektron tərəzi, bir qaz tapançası, həmin silaha aid üç patron, 24 ov tüfəngi patronu, həmçinin 159 475 Türkiyə lirəsi maddi sübut kimi götürülüb.
Məhkəməyə göndərilən 109 şübhəlidən 40-ı barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı hüquqi prosedurların təfərrüatları açıqlanmayıb.
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyatlar davam etdirilir.





