
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanuntv.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Dadaşzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxsin üzərində gəzdirdiyi silaha bənzər əşya əslində oyuncaq olub. Həmçinin onun indiyədək heç bir hüquq-mühafizə orqanında xidmət etmədiyi müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır və saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülür.





