
Lənkəran rayonunda qamışlıq ərazidə kişi meyiti aşkarlanıb.
Hadisə rayonun Ürgə kəndində qeydə alınıb. Məlumata görə, 1962-ci il təvəllüdlü Ramiz Əliyevin meyiti ərazidə tapılıb.
İlkin məlumata əsasən, Ramiz Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib, lakin geri qayıtmayıb. Aparılan axtarış tədbirləri nəticəsində onun meyiti aşkarlanıb.
Meyitə baxış zamanı mərhumun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb və restoran sahibi olub.





