
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızı Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində aparılan işlərlə tanış olublar.
Teleqraf xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və Birinci Xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Qanuntv.az olaraq bildiririk ki, aparılan sosial layihələr regionun inkişafına, sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir və azad edilmiş ərazilərdə davamlı bərpa prosesinin mühüm göstəricisidir.













