
2027–2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 13,2 milyard manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır.
Qanuntv.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin növbəti dörd il üzrə açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində məlumat verilib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin əsaslı xərclərində xüsusi çəkisi 24,1 faiz təşkil edəcək.





