
Azərbaycanda 2027-ci ildə nəqliyyat və rabitə sahəsinə dövlət büdcəsindən 785,1 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş büdcəsinin müqayisəsində qeyd olunub.
Məlumata görə, nəzərdə tutulan məbləğ 2026-cı ilin göstəricisi ilə müqayisədə 498,2 milyon manat və ya 173,7 faiz çoxdur.
Ümumilikdə, iqtisadi fəaliyyət sahəsi üzrə 2027-ci ildə 8,9 milyard manat xərclənməsi proqnozlaşdırılır. Nəqliyyat və rabitə xərclərinin bu sahə üzrə ümumi xərclərdə payının 3,7 faizdən 8,8 faizə yüksələcəyi gözlənilir.
İqtisadi fəaliyyət sahəsi üzrə nəzərdə tutulan xərc artımının təxminən 47,4 faizinin nəqliyyat və rabitənin payına düşəcəyi bildirilir.
Qanuntv.az




