
Prezident İlham Əliyev 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi internet səhifəsində məlumat dərc olunub.
Sərəncama əsasən, 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı cari işlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.
Ayrılmış vəsait Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə yönəldiləcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi idarəetmə bacarıqları və yüksək potensialı olan şəxslərin müəyyənləşdirilməsi, onların inkişafına dəstək göstərilməsi və ölkədə peşəkar idarəçi kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.





