
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən müəllim və iki şagirdin toy mərasimində birlikdə çəkdirdikləri son foto ictimaiyyətə təqdim olunub.
Qanuntv.az xəbər verir ki, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində müəllim Seymur İsmayılov və onun şagirdləri Turan Əsgərov, Əhəd Heydərzadə həyatlarını itiriblər.
Məlumata görə, faciədən əvvəl müəllim və şagirdləri toy mərasimində birlikdə iştirak edib, xatirə fotosu çəkdiriblər. Həmin foto onların birlikdə çəkdirdikləri son görüntü kimi təqdim olunur.
Bir neçə saat əvvəl sevinc içində bir araya gələn insanların həyatının faciəvi şəkildə sona çatması bu hadisənin ağrısını daha da artırır. Müəllim və şagirdlərinin birgə fotosu indi kədərli bir xatirəyə çevrilib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə dərin təəssüf doğurub.
Allah rəhmət eləsin! Həlak olanların yaxınlarına, ailə üzvlərinə və doğmalarına səbir diləyirik.





