
Hesablama Palatası uzun müddətdir zərərlə fəaliyyət göstərən və dövlət büdcəsinə dividend ödəməyən müəssisələrlə bağlı mühüm təklif irəli sürüb.
Qanuntv.az xəbər verir ki, qurum belə dövlət müəssisələrinin fəaliyyətinin yenidən qiymətləndirilməsini, zərurət yarandığı təqdirdə isə onların ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılmasını təklif edib.
Hesablama Palatasının mövqeyinə görə, uzun müddət iqtisadi səmərəlilik nümayiş etdirməyən, dividend ödəməyən müəssisələrin mövcud vəziyyəti dövlət maliyyəsi baxımından əlavə yük yarada bilər.
Təklif olunan yanaşmanın əsas məqsədi dövlət büdcəsinin xərclərini optimallaşdırmaq, maliyyə resurslarından daha səmərəli istifadəni təmin etmək və dövlət müəssisələrində maliyyə intizamını gücləndirməkdir.
Qeyd edək ki, təklifin həyata keçirilməsi ilə bağlı hər hansı yekun qərar barədə məlumat təqdim olunmayıb.





