
Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirib. Təəssüf ki, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Baş vermiş faciə ailə üzvləri və yaxınları arasında dərin kədərə səbəb olub.





