
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, tanınmış aktyor Aslan Fətullayev 70 yaşında Moskvada vəfat edib.
Məlumata görə, aktyorun bir müddət əvvəl səhhətində yaranan problemlərlə əlaqədar Moskvada əməliyyat olunduğu bildirilir.
Azərbaycan Dövlət Kukla Teatrından verilən məlumata əsasən, Aslan Fətullayev bağırsağında yaranan problemlə əlaqədar müayinədən keçmək üçün Moskvaya yollanıb. O, bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Aslan Fətullayev Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, Prezident mükafatçısı olub.
Onun vəfatı sənət ictimaiyyəti və mədəniyyətsevərlər üçün ağır itkidir.





