
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə birgə foto çəkdiriblər.
Şuşanın tarixi qala divarları önündə çəkilən foto iki qardaş ölkə arasındakı sarsılmaz dostluğun, möhkəm qardaşlıq münasibətlərinin və strateji müttəfiqliyin rəmzi mənzərələrindən biri kimi diqqət çəkib.
Azərbaycan və Türkiyə münasibətləri qarşılıqlı etimad, ortaq tarix, milli-mənəvi dəyərlər və vahid maraqlar üzərində qurulub. Dövlət başçılarının Şuşada bir araya gəlməsi, xüsusilə Zəfər Günü ərəfəsində və bayram günündə bu tarixi məkanda birlikdə olması iki ölkə arasındakı qardaşlığın siyasi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirir.
Şuşa qalası isə Azərbaycanın zəngin tarixini, milli kimliyini və Qarabağın ayrılmaz parçası olan bu qədim şəhərin əzəmətini özündə yaşadan mühüm tarixi abidələrdən biridir.








