
Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evində partlayış hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisənin başvermə səbəbləri və partlayışın hansı şəraitdə meydana gəldiyi ilə bağlı hələlik ətraflı məlumat yoxdur.
Xəsarət alan şəxslərin vəziyyəti, eləcə də hadisənin nəticələri barədə əlavə məlumat gözlənilir.
Faktla bağlı müvafiq araşdırmanın aparılıb-aparılmadığı barədə hələlik məlumat açıqlanmayıb.





