
Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qarajdan çıxan avtomobil piyadanı vurub. Ağır xəsarətlər alan qadın xəstəxanada həyatını itirib.
Qanuntv.az xəbər verir ki, hadisə Yasamal rayonu, Naxçıvani küçəsində qeydə alınıb.
Məlumata görə, 1958-ci il təvəllüdlü Həsən Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub.
Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə şəraiti araşdırılır.
Qeyd edək ki, yayılan məlumatlarda sürücünün polkovnik olduğu bildirilir.





