
Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza Cəfər Xəndan küçəsində BMW və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Toqquşmanın gücündən BMW markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara hərəkət edib, səkiyə qalxaraq yaxınlıqda yerləşən klinikanın binasına çırpılıb.
Hadisə nəticəsində klinikanın şüşələri sınıb, bir neçə nəfər xəsarət alıb. Yaralılar tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə yerləşdiriliblər.
Qəzanın hansı səbəbdən baş verdiyi və hadisənin digər təfərrüatları araşdırılır.





