
Qanuntv.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində həyatını itirib. Ağır xəsarətlər alan sürücü isə xəstəxanaya çatdırılıb.
Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, sürücünün də həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Beləliklə, qəza nəticəsində iki nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





