
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb.
QanunTV.az xəbər verir ki, avqustun 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistandan ayrılıblar.
Buxara Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini və birinci xanımı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar.
Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Səfər iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.





