
Tanınmış alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev 64 yaşında vəfat edib.
Tərlan Quliyev elmi fəaliyyəti ilə filologiya sahəsinin inkişafına töhfə verən ziyalılardan olub. O, uzun illər ərzində elmi araşdırmalar aparıb, çoxsaylı əsərlərin, monoqrafiyaların və elmi məqalələrin müəllifi kimi tanınıb.
Alimin elmi irsi, araşdırmaları və nəşr etdirdiyi əsərlər onun elmə verdiyi töhfələrin mühüm göstəricisidir.
Tərlan Quliyevin vəfatı elmi ictimaiyyət üçün itki hesab olunur.
Allah rəhmət eləsin!





