SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Cəlilabadda İkinci Dünya müharibəsinin sonuncu veteranı vəfat etdi – 103 yaşında dünyasını dəyişdi
Gündəm / Sosial

Cəlilabadda İkinci Dünya müharibəsinin sonuncu veteranı vəfat etdi – 103 yaşında dünyasını dəyişdi

Bugün, 14:37 0


Cəlilabad rayonunda İkinci Dünya müharibəsinin iştirakçısı, 103 yaşlı Əbiş Zamanov vəfat edib.


Qanuntv.az xəbər verir ki, Əbiş Zamanov 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub. O, 1942-ci ildə İkinci Dünya müharibəsinə yollanaraq cəbhədə döyüşüb.


Veteranın həyatında müharibənin ən ağır və unudulmaz hadisələrindən biri 1944-cü ildə baş verib. Həmin il döyüşlər zamanı ağır yaralanan Əbiş Zamanov bir gündən artıq qar altında huşsuz vəziyyətdə qalıb. Bütün çətinliklərə və ölüm təhlükəsinə baxmayaraq, o, sağ qalaraq həyata qayıda bilib.


Müharibə başa çatdıqdan sonra doğma Astanlı kəndinə dönən Əbiş Zamanov ömrünün qalan hissəsini ailəsinə, övladlarına və doğulduğu torpağa həsr edib. O, beş övlad sahibi olub, uzun və keşməkeşli ömür yolu keçib.


Qeyd edək ki, Əbiş Zamanov Cəlilabad rayonundan İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər arasında sağ qalan sonuncu veteran idi. Onun vəfatı rayonun tarixində mühüm bir nəslin son nümayəndələrindən birinin dünyasını dəyişməsi kimi yadda qalacaq.


Mərhumun doğulduğu Astanlı kəndində dəfn olunacağı bildirilir.


Allah rəhmət eləsin!

Oxşar xəbərlər