SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Tovuzda avtomobil yolu sürüşərək çökdü: Sakinlər təhlükədən narahatdırlar
Gündəm / Hadisə

Tovuzda avtomobil yolu sürüşərək çökdü: Sakinlər təhlükədən narahatdırlar

Bugün, 14:09 1







Tovuz rayonunun Vahidli kəndində avtomobil yolunun bir hissəsinin sürüşərək çökməsi sakinlər üçün ciddi narahatlıq yaradıb. Yolda yaranmış fəsadlar nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirib.


Məlumata görə, xüsusilə məktəbə gedən yolun vəziyyəti ürəkaçan deyil. Yağışlı havadan sonra yolun üzərindəki çalalar su və palçıqla dolur ki, bu da şagirdlərin, piyadaların və sürücülərin gündəlik hərəkətində ciddi çətinliklər yaradır.


Kənd sakinləri mövcud vəziyyətin daha da ağırlaşacağından, yolun tamamilə yararsız hala düşəcəyindən ehtiyat edirlər. Onların sözlərinə görə, yaranmış problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, indiyədək konkret tədbir görülməyib.


Vətəndaşlar xüsusilə məktəbə gedib-gələn uşaqların təhlükəsizliyindən narahatdırlar. Sürüşmə nəticəsində yolun müəyyən hissəsinin çökməsi, yağış sularının yaratdığı palçıq və çalalar həm nəqliyyatın hərəkətinə, həm də sakinlərin gündəlik həyatına mənfi təsir göstərir.


Sakinlər aidiyyəti dövlət qurumlarından yaranmış vəziyyətə təcili münasibət bildirilməsini, yolun texniki vəziyyətinin araşdırılmasını və zəruri bərpa-gücləndirmə işlərinin həyata keçirilməsini xahiş edirlər.


Qeyd edək ki, kənd yollarının təhlükəsiz və işlək vəziyyətdə saxlanılması, xüsusilə təhsil müəssisələrinə aparan yolların abadlaşdırılması sakinlərin rahatlığı və uşaqların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər