SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » İrəvanda biometrik pasportlarda “Azərbaycan” qeydinin əks olunmasına etiraz aksiyası keçirilib
Gündəm / Siyasət

İrəvanda biometrik pasportlarda “Azərbaycan” qeydinin əks olunmasına etiraz aksiyası keçirilib

Bugün, 12:28 0






Ermənistanın paytaxtı İrəvanda bir qrup separatçı hökumət binasının qarşısında etiraz aksiyası təşkil edib. Aksiyaya səbəb Qarabağda doğulmuş Ermənistan vətəndaşlarına verilən yeni biometrik pasportlarda doğum yeri bölməsində “Azərbaycan” sözünün qeyd olunmasıdır.


Məlumata görə, etirazçılar yeni pasportlarda doğum yerinin bu şəkildə göstərilməsinə narazılıqlarını bildirərək hökumət binası qarşısında toplaşıblar.


Ermənistan KİV-lərinin yaydığı xəbərlərə əsasən, ölkənin Daxili İşlər Nazirliyi pasportlarda bu qeydin aparılmasını beynəlxalq standartların tələbləri ilə izah edib. Nazirliyin mövqeyinə görə, sənədlərdə doğum yerinin göstərilməsi beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirilir.


Məsələ Ermənistan daxilində siyasi və ictimai müzakirələrə səbəb olub. Xüsusilə Qarabağda doğulmuş şəxslərin yeni biometrik pasportlarında Azərbaycanın adının yer alması müəyyən qrupların etirazı ilə qarşılanıb.


Hadisə bir daha regionda tarixi və coğrafi reallıqlarla bağlı məsələlərin Ermənistanın daxili ictimai-siyasi gündəmində müzakirə mövzusu olaraq qaldığını göstərir.

Oxşar xəbərlər