SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » DSX-nin hərbi qulluqçusu Rəhman Kərimov vəfat edib
Gündəm / Hadisə

DSX-nin hərbi qulluqçusu Rəhman Kərimov vəfat edib

Bugün, 11:21 0







Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov dünyasını dəyişib.


Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.


Məlumata görə, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən hərbi qulluqçu Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. Həkimlərin göstərdiyi bütün səylərə və aparılan müalicə tədbirlərinə baxmayaraq, Rəhman Kərimovun həyatını xilas etmək mümkün olmayıb.


Gənc hərbi qulluqçunun vəfatı yaxınları, doğmaları və onu tanıyanlar üçün ağır itki olub.


Allah rəhmət eləsin! Ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk. Səbir diləyirik.

Oxşar xəbərlər