
Qazax rayonunda iki nəfərə kəsici alətlə xəsarət yetirilməsi hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 30 yaşlı N. Mustafayevə və 32 yaşlı C. Kazımova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.
Bildirilib ki, zərərçəkənlərə daxilə nüfuz etməyən xəsarətlər yetirilib. Hər iki şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





