
Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.
Məlumata görə, universitetin rektoru Məleykə Abbaszadə bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Nərmin Heydərli bu vəzifəyə BDU-nun bir neçə gün əvvəl vəzifəsindən ayrılan keçmiş rektoru Elçin Babayevin rəhbərliyi dövründə təyin olunmuşdu.
Universitetdə baş verən bu kadr dəyişikliyi rəhbərlikdəki yenilənmə prosesi fonunda diqqət çəkir.
Qanun TV.az





