
Sumqayıt bulvarında 20 yaşlı gəncin dənizdə batdığı ehtimal olunur.
Qanuntv.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Hazırda 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.





