
Gürcüstanın Kaxeti bölgəsində bədbəxt hadisə ölümlə nəticələnib.
QanunTV.az xəbər verir ki, hadisə Laqodexi bələdiyyəsinin Uzuntala kəndində baş verib.
Məlumata görə, 31 yaşlı azərbaycanlı Əmrah Kazımov usta işləyirmiş. O, dam örtüyü vurarkən ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.
Elektrik cərəyanının vurması nəticəsində Əmrah Kazımov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
QanunTV.az mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.





