
Xaçmaz rayonunun Xanoba kəndində baş verən güclü yanğın faciə ilə nəticələnib. Hadisə zamanı 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızı həyatını itirib.
QanunTV.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, Xanoba kəndi ilə Xaçmaz rayonunun Xudat şəhəri arasında təxminən 30 kilometr məsafə var. Sakinlər hesab edirlər ki, yanğınsöndürənlərin hadisə yerinə çatması üçün məsafənin uzaq olması belə faciələrin nəticələrini daha da ağırlaşdıra bilər.
Baş verən hadisə kənd sakinləri arasında ciddi narahatlıq yaradıb. Xüsusilə ucqar yaşayış məntəqələrində yanğın təhlükəsizliyi və operativ müdaxilə imkanlarının gücləndirilməsi məsələsi yenidən gündəmə gəlib.
Bir insanın həyatına son qoyan bu faciə yanğın təhlükəsizliyinin, vaxtında müdaxilənin və təcili xidmətlərin əlçatanlığının nə qədər vacib olduğunu bir daha göstərir.





