
Şəmkir rayonunda iki nəfərin meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.
Məlumata görə, kənd ərazisində yerləşən evlərdən birində bir kişi və bir qadının meyiti tapılıb.
Hadisə barədə aidiyyəti qurumlara məlumat verildikdən sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda hadisənin başvermə şəraiti və hər iki şəxsin ölüm səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.





