
Bakıda sosial şəbəkə üzərindən həyata keçirilən dələduzluq faktı ilə bağlı şübhəli şəxs saxlanılıb.
Qanuntv.az xəbər verir ki, Nihad Qurbanov “TikTok” platformasında saxta səhifə yaradaraq ucuz qiymətə “iPhone” telefonları satacağını vəd edib. O, həmçinin vətəndaşlara telefonları güzəştli kredit şərtləri ilə əldə etmək imkanı təklif edib.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs bu vədlərlə 70-dən çox vətəndaşı aldadaraq onların pul vəsaitlərini özünə məxsus bank kartlarına köçürməyə nail olub.
Sosial şəbəkələr vasitəsilə həyata keçirilən bu cür dələduzluq halları bir daha göstərir ki, xüsusilə bazar qiymətindən xeyli aşağı təklif olunan məhsulları əldə edərkən diqqətli olmaq, satıcının etibarlılığını yoxlamaq və əvvəlcədən pul köçürməkdən çəkinmək vacibdir.
Faktla bağlı araşdırma aparılır.





