
Şuşa şəhərindən məcburi köçkün olan və hazırda Bakı şəhərində müvəqqəti məskunlaşan “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Yasən Tərxan oğlu Məmmədov vəfat edib.
Məlumata görə, 40 yaşlı Yasən Məmmədov futbol oynadığı zaman ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.
Ailəli olan mərhum iki azyaşlı övlad atası olub. Onun atası Tərxan Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır.
Qeyd edək ki, Yasən Məmmədov Qurban Sadıqovun qaynı oğludur.
Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik.





