
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
Dövlət başçıları Memorialda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb.





