
Ötən gündən etibarən davam edən güclü külək Bakıda yaşıllıq sahələrinə ziyan vurub.
Bunun nəticəsində paytaxt ərazisində 16 ağac aşıb, 32 ağacın isə budaqları qırılıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Qeyd edək ki, güclü küləkli hava şəraiti zamanı ağacların aşması və iri budaqların qırılması təhlükəsizlik baxımından risk yaradır. Vətəndaşlara ağacların altında, eləcə də küləyin təsirindən aşma ehtimalı olan konstruksiyaların yaxınlığında dayanmamaq tövsiyə olunur.





