
“Instagram” sosial şəbəkəsində yayılan qanunsuz ağac kəsilməsi ilə bağlı iddialara Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi rəsmi münasibət bildirib.
Mərkəzdən verilən açıqlamada qeyd olunub ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olub. Bildirilib ki, proses qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilib.
Açıqlamada vurğulanıb ki, ağacların çıxarılması müvafiq qurumların rəyi əsasında aparılıb və həmin ağacların yerinə yeni tinglər əkilib.









