• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Aygün Bəylərin “Tut ağacı” mahnısı necə yaranıb... - Maraqlı TARİXÇƏ [xfvalue_red]

12 Ock, 24 - 17:37

Aygün Bəylərin “Tut ağacı” mahnısı necə yaranıb... - Maraqlı TARİXÇƏ

Həzin, ürəyəyatımlı musiqisi olan “Tut ağacı” mahnısı yəqin ki, bundan sonra da yalnız Aygün Bəylərin ifasında seviləcək. Çünki mərhum Əməkdar artist təkrarolunmaz ifası ilə bu mahnıya elə bir möhür vurub ki, onu dinləyənlər çətin bu səsi yaddan çıxarsınlar.

Bəs musiqisi bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan xatirələrlə dolu "Tut ağacı" mahnısı necə yaranıb?

Saytı mahnının tarixçəsini sizə təqdim edirik.

“Tut ağacı” mahnısının tarixçəsini onun yaranmasının səbəbkarı - “Çaşıoğlu” nəşriyyatının direktoru Rəhilə Soltanqızı danışıb:

“... İndi sevə-sevə dinlədiminiz “Tut agacı” mahnısının sözləri rəfiqəm, mənə bacı qədər əziz olan Zakirə Allahverdiyevanındır. Günlərin bir günü ona sürpriz etməyi qərara aldım. O zaman bəstəkar Aygün Səmədzadə yaradıcılığa təzə başlamışdı. Onun “Məktəb illəri” mahnısı da çox məşhurlaşmamışdı. Azərbaycan Dövlət Televiziyasindakı “Böyük tənəffüs” verilişinin “Məktəb illəri” rubrikasında süjet bu mahnının sədaları altında başlayardı. Az bir zamanda bu mahnı xeyli sevildi.

Aygün xanımla yaxından tanış olmuşdum deyə, Zakirə xanımın şeirlərini də götürüb getdim onlara. Evlərində təmir işləri gedirdi. Parket cilalayan aparatı mənzilin otaqlarından birinin ortasında gördüm. Royal olan otaqda isə xalçalar qatlanıb bir küncə yığılmısdı. Aygün Səmədzadə dedi ki, “ayaqqabılarını soyunma, evdə təmir gedir, mən də elə burda qalıb isləyirəm”.

Royalın üstündə çoxlu notlar var idi. Gəlişimin məqsədini dedim. Şeirləri ona təqdim etdim. Aygün xanım vərəqlərə göz gəzdirdi, hətta şeirlərdən bir-ikisini oxudu da... Dedi ki, baxacaq.

Sağollaşıb ayrıldım. Üç gündən sonra mənə zəng vurub dedi ki, mahnı artıq hazırdı. Çox təccübləndim ki, nə tez? Gülə-gülə dedi ki, “yazdım da...”.

Yenidən onlara getdim, qapını üzümə gülə-gülə açdı. Dedi ki, ona təqdim etdiyim şeirlərdən birinə mahnı yazıb. Soruşdum ki, bəs təmir aparılan səs-küylü mənzildə bunu necə edib?
Söylədi ki, “güləcəksən mənə, amma o biri otaqda usta parketi cilalıyırdı, bu biri otaqda o səsi eşidə-eşidə elə bil mənə vəhy gəldi”.

Hələ də təccüblənirəm ki, o səs-küydə hər kəsin sarı siminə toxunan mahnı necə yazıla bilərdi...

Mənim üçun həm də maraqlıydı ki, görəsən apardığım hansı şeirə mahnı bəstələmişdi...

Aygün Səmədzadə keçdi royalın arxasına. Və başladı ifa etməyə: “Tut agacım, tut agacım... Aman yerim, güman yerim...”.

Elə gözəl oxudu ki... mahnıya heyran oldum. “Əhsən!”, - deyib onu qucaqladım.

Soruşdu ki, bu mahnını kimə verək oxusun? Sonra da bir-iki müğənninin adını çəkdi. Amma ortaq məxrəcə gəlmədik. Dedi “onda qoy, fikirləşim”. Mən qapıdan çıxanda qayıtdı ki, “ağlımda biri var, onun da stili xoşuma gəmir. Amma əla səsi var”.

Bu əla səs həmin Aygün Bəylər idi. Aygün mahnını oxudu, yaratdı və möhürünü də vurdu. Beləcə “Tut ağacı” mahnısı doğuldu. Zakirə xanım ona etdiyim sürprizə görə hələ də deyir ki, “mahnının yaranmasının səbəbkarı sənsən”.
Aygün Bəylərin “Tut ağacı” mahnısı necə yaranıb... - Maraqlı TARİXÇƏ

Təqdim etdiyim bu şəklin tarixçəsi də maraqlıdır. Dediyim kimi, o vaxt Azərbaycan Dövlət Televiziyasinda “Böyük tənəffüs” verilişi vardı. Gənclərin aparacılığı ilə onların ruhuna uyğun dinamik və maraqlı veriliş idi.
Verilişin konsepsiysına uyğun 3 bölmə var idi: A bölməsində təhsildən, B bölməsində gənclərin uğurlarından, C bölməsində isə tanınmış isanların məktəb illərindən bəhs edən süjetlər yayımlanırdı.

Verilişin növbəti buraxılışını Ağsuda çəkməyi qərara almışdıq. Ssenarini yazdım və yaradıcı heyətlə Ağsuya yola düşdük. Aygün Səmədzadə, Lalə Məmmədova, “Məktəb illəri” mahnısının sözlərinin müəllifi Kəmalə Abıyeva və Aygün Hümmətova.

Veriliş üçün müğənnilər rəhmətlik Məhəbbət Kazımovla Könül Kərimovanın (onda birlikdə duet ifa edirdilər) məktəb illəri xatirələrini çəkməliydik. Onlar Ağsuda hansısa məclisdə idilər. Dedilər ki, məclisi yola verib çəkiliş yerinə gələcəklər və gəldilər də.

Aygün Hümmətovanı onda Ağsuya prodüseri Bəylər Quliyev öz maşınında gətirmişdi. Aygun Hümmətovayla ilk tanışlığım da elə orda oldu. Başında kepka, əynində kişi stilində şalvar, ayaqqabı və makiyajsız... Zahiri xoşuma gəlməsə də “Tut ağacı” mahnısını oxuyanda hər şey gözümüzdə gözəlləşdi. Mahnının ilk klipi də orada çəkildı. Kəsilmiş kötüyün yanında... o anda Aygün elə oxudu, elə rola girdi ki, geyiminin və makiyajının fərqinə varmadıq.

Sənət, sənətkarlıq bu idi...

Bu mənim indi tarixə dönmüş, sənətinə möhür vurmüş Aygün Bəylər haqqında kiçik bir xatirəmdir. Hər şeyi xırdalığına qədər ona görə danışdım ki, “Tut ağacı” mahnısının yaranma tarixi unudulmasın...”.(Modern)
 

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Kəmalədin Heydərovun xanımı Aygün Bəylərin vida mərasimində - VİDEO
backend
Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərdi
backend
Aygün Bəylər vəfat etdi
backend
Aygün Bəylərin səhhəti ilə bağlı AÇIQLAMA
backend
“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 314

XƏBƏR LENTİ

Üçtərəfli Bəyanatın imzalanmasından 6 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3610 Kas
AVMVİB sədri Füzuli Rzaquliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2310 Kas
Bakıda güclü külək 16 ağacı aşırıb, 32 ağacın budaqları qırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1510 Kas
Joze Mourinyo İspaniya çempionatında ayın ən yaxşı məşqçisi seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0810 Kas
Bakı və Abşeronun su təminatını yaxşılaşdıracaq böyük layihə: Xəzər suyundan içməli su istehsal ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0710 Kas
Polkovnik Rəşad Aslanov Şuşanın azadlığı ilə bağlı unudulmaz xatirələrini bölüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:559 Kas
40 yaşlı bank əməkdaşı futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:529 Kas
9 noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:489 Kas
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:299 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:269 Kas
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:209 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Vətən Müharibəsi qəhrəmanları ilə görüşüblər – Xatirə fotosu çəkdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:079 Kas
Müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxub – Prezident İlham Əliyev məlumat verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:019 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:529 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə birgə foto çəkdiriblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:499 Kas
Günün fotosu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:368 Kas
Azərbaycan və Türkiyə liderlərindən Şuşada ailə fotosu – Qardaşlıq və dostluğun səmimi görüntüləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:348 Kas
Rəcəb Tayyib Ərdoğandan Azərbaycana Zəfər Günü təbriki: “Qəhrəmanlarımızı dərin ehtiramla anıram” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:308 Kas
Şuşada Azərbaycan-Türkiyə qardaşlığının növbəti tarixi səhifəsi: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:248 Kas
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:178 Kas
Putin İran rəsmisini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərib – İDDİA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:108 Kas
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:088 Kas
İspaniyanın Sevilya şəhərində Zəfər Günü Azərbaycan bayrağının rəngləri ilə qeyd olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:038 Kas
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:278 Kas
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:238 Kas
44GUNSAVASH.az Saytının Kollektivi Adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:057 Kas
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:027 Kas
Qarabağ Universitetinin Klinikasında Təcili tibbi yardım şöbəsi istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:227 Kas
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:067 Kas
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki işçi qruplar yaradıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:027 Kas
Qırğızıstan Prezidenti Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:547 Kas
Azərbaycanda 20 Yanvar faciəsinin şahidi olmuş həkim Yusif Musayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:527 Kas
“Qarabağ” Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:477 Kas
Zəngilanda müasir Təhsil Kompleksi və 160 yerlik uşaq bağçası istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:447 Kas
Prezident İlham Əliyev: “Bütün Azərbaycan xalqı bu fikirlə yaşayır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:407 Kas
Ağstafada bir ailənin üç üzvü qidadan zəhərlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:357 Kas
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli kəndinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:317 Kas
Şəmkir rayon su təsərrüfatının inkişafına xidmət edən məsuliyyətli idarəçilik – Müşviq Mehdixanovun fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:146 Kas
Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:076 Kas
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:036 Kas
Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı yeni güzəştlər təklif olunur – Kimlər dövlət rüsumundan azad ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:466 Kas
Meksika mətbuatında Prezident İlham Əliyevin siyasi liderliyi və hərbi strategiyası təhlil olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:416 Kas
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı narkotik vasitə ilə saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:376 Kas
Bakıda qarajdan çıxan avtomobil piyadanı vuraraq öldürüb – Sürücünün polkovnik olduğu bildirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:366 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə