
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində ciddi pisləşmə müşahidə olunur. O, süni tənəffüs aparatına qoşulub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Ehtiram Əliyevin vəziyyəti kritik stabil olaraq qiymətləndirilir.
Bildirilib ki, son günlər onun səhhətində mənfi dinamika qeydə alınıb. Belə ki, qanda oksigen saturasiyası 80 faizə qədər enib. Hələlik xəstəliyin dəqiq diaqnozu müəyyən edilməyib.
Qeyd edək ki, Ehtiram Əliyev oktyabrın 18-də səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra noyabr ayının əvvəlində Milli Onkologiya Mərkəzinə köçürülüb.
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətinin yaxşılaşması və tezliklə sağlamlığına qovuşması arzulanır.





