
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtomobilə və yol kənarındakı infrastruktura ciddi ziyan dəyib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Nərəcan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, sürücünün idarəetməsindən çıxan “Mercedes” markalı minik avtomobili əvvəlcə yol kənarında yerləşən bir neçə ağacı və işıq dirəyini aşırıb.
Bundan sonra avtomobil bir neçə dəfə aşıb. İdarəetmədən çıxmış nəqliyyat vasitəsi yoldan təxminən 150-200 metr kənara çıxaraq qaz borusuna çırpılıb və yalnız bundan sonra dayanıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Onların sayı və vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.





