
Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev 44 yaşında qəfil vəfat edib.
Qanuntv.az xəbər verir ki, onun ürək çatışmazlığı səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Məlumata görə, Cahangir Alıyev bacısı oğlunun toy mərasiminə hazırlaşırmış. Bu məqsədlə o, Bərdə rayonunun Soğanverdilər kəndində yaşayan bacısının evinə gedib.
Orada olarkən özünü narahat hiss edən şöbə rəisi daha sonra yaşadığı evə qayıdıb. Lakin vəziyyəti getdikcə ağırlaşıb və onun üçün təcili tibbi yardım çağırılıb.
Cahangir Alıyev xəstəxanaya aparılarkən yolda vəfat edib.
44 yaşlı vəzifəli şəxsin qəfil vəfatı yaxınları, doğmaları və onu tanıyanlar arasında dərin kədərə səbəb olub.
Allah rəhmət eləsin!





