
Bakıda dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilən 30 yaşlı Rahim Yüzbaşıyevin kimliyi məlum olub.
Məlumata görə, Rahim Yüzbaşıyev əslən Quba rayonunun İkinci Nügədi kəndindəndir. Paytaxtda meyvə ticarəti ilə məşğul olan gəncin meyiti Qaradağ rayonunda kirayədə yaşadığı mənzildə aşkarlanıb.
Bildirilir ki, 30 yaşlı Rahim Yüzbaşıyev subay olub.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı barədə əlavə məlumat yoxdur.




