
Mingəçevir şəhərində hərbçinin meyiti kirayədə yaşadığı mənzildə tapılıb.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin “Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.
Məlumata görə, meyiti aşkarlanan şəxs Naxçıvan Muxtar Respublikasının sakini olub. O, Mingəçevirdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət edirmiş.
İlkin məlumatlara əsasən, hərbçinin meyiti yaşayış binasının 4-cü mərtəbəsində yerləşən və kirayədə qaldığı mənzildə aşkarlanıb. Onun üzərində ilkin baxış zamanı hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.
Faktla bağlı araşdırma başlanılıb. Hərbçinin şəxsiyyəti və ölüm səbəbi müvafiq ekspertizalardan sonra dəqiqləşdiriləcək.





