
Fransanın “Lion” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Liqa 1 təmsilçisi ispaniyalı mütəxəssis Karlos Visensin komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu rəsmən açıqlayıb.
43 yaşlı çalışdırıcı ilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Karlos Visens bundan əvvəl İngiltərənin “Mançester Siti” klubunda Pep Qvardiolanın məşqçilər korpusunda çalışıb. O, daha sonra Portuqaliyanın “Braqa” klubuna rəhbərlik edib. Mütəxəssis həmin komanda ilə ilk mövsümündə ölkə çempionatını dördüncü pillədə başa vurub və Avropa Liqasının yarımfinalına yüksəlib.
“Lion” rəhbərliyi yeni baş məşqçinin oyun fəlsəfəsinin, yüksək tələbkarlığının və futbolçuların inkişafına verdiyi önəmin klubun idman strategiyasına uyğun olduğunu bildirib.
Qeyd edək ki, Karlos Visens Fransa klubunda Paulo Fonsekanı əvəzləyib.





