
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı yolu keçmək istəyən yeniyetməni avtomobil vurub. Təəssüf ki, aldığı xəsarətlər nəticəsində məktəbli hadisə yerində həyatını itirib.
Məlumata görə, vəfat edən yeniyetmə 10-cu sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.





