
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, tanınmış aktyor Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.
Oxu.Az-a bu barədə Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.
Onun sözlərinə görə, Aslan Fətullayevin nəşi bu gün səhər saat 05:30-da Moskvadan Bakıya gətirilib. Aktyorun nəşinin qarşılanması və doğma yurduna yola salınması üçün teatrın direktoru və bir neçə əməkdaşı da hava limanında olublar.
Həmidə Rüstəmova bildirib ki, hazırda mərhum sənətkarın nəşi Lerik rayonuna aparılır. Aslan Fətullayev doğulduğu Çayurd kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Aslan Fətullayev Azərbaycan teatr və kino sənətində özünəməxsus fəaliyyəti ilə tanınan sənətkarlardan biri olub. Onun sənətə verdiyi töhfələr və yaratdığı obrazlar tamaşaçıların yaddaşında yaşayacaq.
Mərhum sənətkarın vəfatı Azərbaycan mədəniyyət ictimaiyyəti üçün ağır itkidir.
Allah rəhmət eləsin!





