
Bakının Sabunçu rayonunda qeyri-adi hadisə baş verib. 23 yaşlı sürücü avtomobillə öz qardaşını vurub.
İlkin məlumata görə, hadisənin zarafat məqsədilə törədildiyi bildirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.
Sürücü barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.





